Çində turizm
Çin XXI əsrdə dünyada ən yüksək artım tempinə malik iri turizm xidməti bazarına çevrilmişdir. Çin ölkəyə gələn xarici turistlərin sayına görə (56 mln., 2015; 22,2 mln., 2006; 10,2 mln., 2000) dünyada 4-cü (Fransa, İspaniya və ABŞ-dən sonra) yeri tutur. Koreya Respublikasından (3,9 mln.), Yaponiya (3,8 mln.), Rusiya (2,4 mln.), ABŞ (1,7 mln.), Malayziya (0,9 mln.) və Sinqapurdan (0,8 mln.) gələnlərin sayı daha çoxdur. Çinə səfərlərin 60 %-ni işgüzar məqsədlərlə turizm təşkil edir. Çin statistikası Syanqan və Aomın xüsusi inzibati rayonlarından ölkənin kontinental hissəsinə səfər edən həmvətənlərini (98,3 mln., 2006), həmçinin Tayvan əyalətindən (4,4 mln. insan) olan müsafirləri də xarici turistlərə aid edir. 2010-cu ildə xarici turizmdən (Syanqan, Aomın və Tayvan sakinlərinin səfərləri də daxil olmaqla) əldə olunan gəlir təqribən 45 mlrd. dollar təşkil etmişdir (16,2 mlrd. dollar, 2000; 2,2 mlrd. dollar, 1990).